Özünü təyyarədən atan Kembric tələbəsinin meyiti tapıldı

Özünü təyyarədən atan tələbənin meyiti tapılıb.

Məlumata görə, iyulun 25-dən axtarılan qızın meyiti hələ ki adı açıqlanmayan kəndin ərazisindən tapılaraq ailəsinə verilib.

Qeyd edək ki, Kembric Universitetinin tələbəsi Alana Katlend Madaqaskara səyahəti zamanı təyyarənin qapısını sındıraraq özünü atıb. Kiçikölçülü təyyarədə olan pilot və tələbənin ailəsinə yaxın olan bir qadının onu xilas etmək cəhdləri nəticəsiz qalıb.

O da məlum olub ki, tələbənin icrasına başladığı araşdırma layihəsi uğursuzluqla nəticələnib. Təbiət elmləri sahəsində təhsil alan gənc qızın buna görə intihar etdiyi də ehtimal edilir.

Gənc qız həm də panik atak xəstəliyindən əziyyət çəkirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir