Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.

Onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, bu sahədə dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də “Aqrar Tədarük və Təchizat” ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

– Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/170805128 linkinə daxil olmaqla (parol 170805128);

– iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 20 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara lazımi dəstəyi göstərəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir