Polislər 40 imkansız ailəyə maddi yardım etdi – FOTO/VİDEO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, İdarənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq, yaşayış yerlərini tərk edə bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə köməklik göstəriblər.

Sonuncu dəfə Xətai rayonunun müxtəlif məntəqələrində yaşayan daha 40 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamaları, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər.

baxış sayı 59

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir