Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində “Rossiya 1” telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadəyə müsahibə verib.

Bu barədə jurnalist “İnstagram” hesabında paylaşım edib. “Ənənəvi olaraq Davos forumunda işə Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə ilə başlamışam. Efiri izləyin”,- deyə Əsgərzadə yazıb.

Qeyd edək ki, bu gün Davos Dünya İqtisadi Forumu işə başlayır və yanvarın 24-dək davam edəcək. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib. //Azvision.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir