Prezident deputatı təltif etdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Aqiyə Həbib qızı Naxçıvanlının 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, A.Naxçıvanlı Milli Məclisin deputatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir