Prezident İlham Əliyev: “Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək”

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib.

Kelbecertv.com bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı Şarl Mişelə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək.

Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir