Putin İlham Əliyevi parada dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə 9 may 2020-ci ildə keçiriləcək parada dəvət edib.

Kelbecertv.com xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan” məlumat yayıb.

Parada MDB ölkələrinin bütün liderləri dəvət olunur.

Daha əvvəl bildirildi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa, Çin, ABŞ, Şimali Koreya, Hindistan və Pakistan liderlərini də Qələbənin 75 illiyinə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir