“Qəbələ”də çıxış etmiş hücumçunun transfer qiyməti açıqlanıb

Azərbaycanın “Qəbələ” klubunda çıxış etmiş David Volkovun meneceri gürcüstanlı futbolçunun gələcək karyerası barədə danışıb.

Məlumatı Sports.kv saytı yayımlayıb.

Futbolçunun meneceri bildirib ki, “Qəbələ” keçmiş bombardirinə əvvəlki şərtlər çərçivəsində yeni müqavilə təqdim edib, lakin bu, futbolçunu qane etməyib.

Meneceri “Keşlə”nin futbolçunun xidmətlərində maraqlı olduğunu söyləyib:

“David Volkov ilk növbədə Azərbaycandan gələn təklifləri nəzərdən keçirmək istəyir. Lakin futbolçumuz İsrail, Bolqarıstan və Qazaxıstan klublarının da maraq dairəsindədir”.

24 yaşlı mərkəz hücumçu 2019-cu ilin yanvar ayında “Qəbələ” klubuna transfer olunub. Azərbaycan Çempionatında 14 oyunda “Qəbələ”nin heyətində yer alan hücumçu beş qola imza atıb.

“Transfermarkt” gürcüstanlı hücumçunun qiymətini 325 min avro dəyərində olduğunu elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir