Qənirə Paşayeva qəhrəman şəhidimiz Musa Həmzəyevin ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Musa Həmzəyevin atası, Şabran rayonunun Rəhimli kənd sakini Xalid Həmzəyevlə Milli Məclisdə görüşüb.
Görüşdə Axıska Türklərinin “Vətən” İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.
Komitə sədri şəhidin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Əziz şəhid atası,
Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 19 yaşlı əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Bu medallar, oğlunuza, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə verilib.
Musa kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik”!
Şəhid atasına Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir