“Qalatasaray”ın daha bir futbolçusu koronavirusa yoluxub

Türkiyənin “Qalatasaray” klubunda növbəti koronavirus testinin nəticələri bəlli olub.
İstanbul təmsilçisi bir futbolçusunun testinin müsbət nəticələndiyini açıqlayıb.
Bildirilir ki, adı açıqlanmayan oyunçu karantinə alınıb. Bu, “sarı-qırmızılar”da ilk belə hal deyil. Bunadək Arda Turan, Yunes Belhanda, Omar Elabdellaoui, Rayan Babel və Okan Kocukun da testi müsbət nəticə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir