Qan analizi verərkən bilməli olduğumuz qaydalar həkim Əliyev Zeynalabdin Cəmil oğlunun izahında – foto

İstənilən problem üçün istənilən həkimə getdikdə ilk növbədə qan analizi veriməsi istənilir. Ən müxtəlif xəstəliklərin diaqnozu analizlərlə qoyulur. Bəzən bir klinikada bir nəticə, digərində ayrı nəticə olur. Ümumiyyətlə, pasiyentlər doğru-düzgün analiz verməyin qaydalarından bixəbərdir.

Həkimlər isə eləsi var bu barədə məlumat verir, eləsi də var xəstə saat 3-də klinika gəlməsinə baxmayaraq, müəyyən qaydaları gözləmədən analizə göndərir. Halbuki hər analizin verilmə vaxtı və şərtləri var. Bunlara riayət etmədən düzgün nəticə və doğru diaqnoz almaq mümkün deyil.
Bütün bu sadaladığımız incəliklərə aydınlıq gətirməsi üçün Göygöl rayon mərkəzi xəstəxanasında çalışan həkim-terapevt Əliyev Zeynalabdin Cəmil oğluna müraciət etdik.

Həkim Zeynalabdin Əliyev bizə qan və digər analizlərinin vacib qaydalarından danışdı. O, bunlara diqqət yetirməyin vacibliyini bildirdi.

Analiz vermədən öncə hər kəsin riayət etməli olduğu şərtlər:

  1. Qan analizini səhər-səhər acqarına, son qida qəbulundan 8-10 saat keçdikdən sonra vermek məsləhətdir. Bəzi analizləri: (AKTH, STH, kartizol, paratohormon, aldosteron, renin, TTQ, xolesterin, LDL,VLDL, HDL, triqliserid, apolipoprotein A1,apolipoprotein B, lipoprotein (a)) günün başqa vaxtı, ancaq mütləq qida qəbulundan ən azı 6 saat keçdikdən sonra vermək olar. Bu müddətdə ancaq su içmək olar (qəhvə, şirin çay, şirələr qanın ümumi göstəricilərinə təsir edə bilər).
  2. Qanın ümumi analizini vermək üçün yemək yedikdən sonra 4 saat keçməlidir.
  3. Müayinədən 1-2 gün öncə rasiondan yağlı, qızardılmış qidaları çıxarmaq, alkoqol içməmək məsləhətdir.
  4. Qanı dərman preparatlarının qəbulundan əvvəl vermək lazımdır. Yaxud dərmanın qəbulundan 10-14 gün sonra. Əgər Siz dərman qəbul etmisinizsə mütləq həkimə xəbərdarlıq etməlisiniz.
  5. Qan analizini USM, Rentgen, Fizioterapiya müayinələrindən sonra vermək olmaz!
  6. Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa, antitelin müayinələri aparılır. Yoluxmanın vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinələrin nəticələri Neqativ ola bilər. Amma, nəticələrin Neqativ olması infeksiyanın olmamasını istisna etmir. Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.
  7. Müayinədən əvvəl fiziki aktivliyi azaltmaq, emosional sakitlik daha məqsədə uyğundur.
  8. Müayinədən minimum 1 saat öncə siqaret çəkmək qadağandır.
  9. Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə hormonları sonra verilməlidir.
  10. Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə hormonları ciddi vaxt çərçivəsində vermək məsləhətdir. Saat 8:00-dan 10:00-a qədər.
    Məsələn: T4, sərbəst T4, T3, sərbəst T3.

Sonda həkim Əliyev Zeynalabdin Cəmil oğlu xüsusi olaraq vurğuladı ki, təkrar analizlər eyni laboratoriyada verilməlidir. Çünki,
müxtəlif laboratoriyalar müxtəlif reaktivlərlə və müxtəlif aparatlarla çalışır. Cavabların fərqli olması mümkündür.

Bizi qəbul edib, suallarımıza səbr və təmkinlə cavab verdiyi üçün Əliyev Zeynalabdin Cəmil oğluna dərin minnətdarlığımızı bildirir, ona çətin və şərəfli həkim peşəsində uğurlar diləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir