Qapıçının irəli çıxması komandasına baha başa gəldi – VİDEO

Rumıniya çempionatında qapıçının komandasına köməyə getməsi daha böyük hesablı məğlubiyyətə səbəb oldu.

Oyundan görüntülər “Twitter”də yayımlanıb.

“Botaşani” klubunun futbolçuları son dəqiqələrdə məğlubiyyətdən qurtulmağa çalışırlar. Künc zərbəsi zamanı rəqib qapıçı mövqeyini tərk edərək, komandasına köməy etmək məqsədi ilə rəqibin cərimə meydançasına yollanır.

Topu ələ keçirən “Universitati” klubunun futbolçuları boş qalmış qapını nişan almaqda çətinlik çəkmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir