Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, etirazçılar onları maraqlandıran suallara cavab almaq üçün sabiq müdafiə naziri David Tonoyanla görüş tələb edirlər.
Onlar itkin düşmüş hərbçilərin aqibəti barədə məlumat almaq istəyirlər.
Etirazçıların önünə Ermənistan parlamentinin “Mənim addımım” blokundan olan deputatı, parlamentin müdafiə məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan çıxıb. O bildirib ki, bu gün bir neçə saat sonra hökumət tərəfindən bu məsələ müzakirə olunacaq və bunun nəticələri barədə etirazçılar məlumatlandırılacaqlar.
Bununla belə, itkin düşmüş hərbçilərin valideynləri və yaxınları hazırda MN-in binası qarşısında aksiyanı davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir