“Qarabağ”ın ən bahalı futbolçusu məlum oldu

Azərbaycan çempionu “Qarabağ”ın ən bahalı futbolçusu müəyyənləşib.

Kelbecertv.com   goal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun ən dəyərli oyunçusu Abdullah Zubirdi. Mərakeş əsilli futbolçuya 1 milyon 600 min avro qiymət qoyulub. O, ötən siyahı ilə müqayisədə dəyərini 100 çin avro artırıb.

“Qarabağ”ın ən bahalı oyunçuları siyahısında 2-3-cü yerləri Flip Ozobiçlə Maksim Medvedev tutur.

Onların transfer qiyməti 1 milyon 300 min avrodur. Ozobiçin transfer dəyəri 200 min avro azalıbsa, Medvedev qiymətini sabit saxlayıb.

Növbəti yerləri millimizin üzvləri – Bədavi Hüseynov və Mahir Emreli tutur – 1 milyon 200 min avro. Hər iki futbolçunun transfer qiyməti sabit qalıb.

6-7-ci yerlərdə isə Aylton Silva və Qara Qarayev qərarlaşıb. Onlara 1 milyon 100 min avro qiymət qoyulub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir