Qarabağın bu kəndindəki ermənilər üçün yeni su kəməri çəkilməyə başlandı… – FOTO

“Kəlbəcərin, Laçının su mənbələri əlimizdə olsaydı, heç bir rayonumuz su problemi yaşamazdı…”

 Azərbaycan Respublikasının 29-cu ildir işğal altında qalan Xocalı rayonuun “Xnapat” adlandırılmış  və qondarma “Əsgəran rayonu”na aid edilmiş Xanabad kəndində sülənən ermənilər üçün yeni su kəməri çəkilməyə başlanıb.
 
Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  bu haqda kəndin qanunsuz, amma faktiki “icma başçısı” Samvel Şahramanyan danışıb.
Onun sözlərinə görə, kənd üç ildən çoxdur ki, həm içməli, həm də suvarma suyu ilə bağlı problem yaşayır. Buradakı ermənilərə ayda 2-3 gün, hər gün 1-2 saat müddətinə su verilir. Son vaxtlar isə Əsgəran “fövqəladə hallar xidməti”nin maşınları vasitəsilə gündə iki dəfə maşınlarla kəndə su gətirilir.
P.S. Hazırda Azərbaycan Respublikamızın öz nəzarətimizdə olan neçə rayonu, onlarla kəndi ciddi su problemi ilə üz-üzədir. Halbuki, 1980-ci illərin sonunda hazırda erməni əlində olan Kəlbəcər, Laçın ərazilərindən Bakıya, Sumqayıta su gətirilməsi planlaşdırılırdı… Yəni, torpaqlarımız işğaldan  azad edilsə və həmin bölgələrin su mənbələri əlimizdə olsaydı, heç bir rayonumuz su problemi yaşamazdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir