Qaradağ rayon icra hakimiyyətinin Şura iclası keçirilib

Şura iclasında cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Qaradağ rayonunun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Şura iclası keçirilib. İclasda Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirə barədə danışıb. Bildirib ki, respublikamızın bütün rayon və şəhərlərində olduğu kimi, Bakının Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf təmin edilib, abadlıq və quruculuq tədbirləri davam etdirilməkdədir: “Belə ki, rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb və uğurlu nəticələr əldə olunubdur. Sənaye sahəsində, cari ilin 6 ayı ərzində, 604 milyon 865 min manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin, müvafiq dövrü ilə müqayisədə, 18,6 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilibdir. Həmçinin, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 44 milyon 860 min manat həcmində xidmət göstərilib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən, 13,9 faiz artım deməkdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf edərək, rayon əhalisinə 1 milyard 217 milyon 220 min manatlıq əmtəə satılıbdır ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən, 1,5 dəfə artım deməkdir”.
S.Mikayılov, onu da vurğulayıb ki, mənzil fondunun yaxşılaşdırılması məqsədilə rayonun Lökbatan, Ələt, Sahil, Müşfiqabad, Qızıldaş və Sanqaçal qəsəbələrinin yaşayış binalarında, ümumilikdə, 32000 kv.m dam örtükləri təmir olunub, Lökbatan qəsəbəsi Əli Məhəmmədov küçəsində yerləşən 1 və 5 saylı binanın qarşısında salınmasına başlanmış yeni abad məhəllədə hazırda son tamamlama işləri aparılır. Ümumiyyətlə, rayonda abadlıq-quruculuq və yaşıllaşdırılma işləri, davamlı olaraq, aparılır. Bu isə, vətəndaşlarımızın rahat və firavan yaşamasına zəmin yaradan amildir.

Rəfiqə HÜSEYNOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir