Qaradağda 29 yaşlı kişi döyülərək ağır xəsarət aldı

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

Sanqaçal qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Cavadov Ayaz Qurban oğlu tanımadığı şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir