Qaxda hüquq-mühafizə orqanları əməkdaşlarından xeyirxah addım – FOTO

Qaxda hüquq-mühafizə orqanlarının əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı edib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, Qax Rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları rayon ərazisində tənha yaşayan ahıl sakinlərə, eləcə də, aztəminatlı ailələrə baş çəkiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları rayon ərazisində 20-dən artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Həmçinin, bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

baxış sayı 59

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir