Qazaxda 11392 hektar sahəyə taxıl səpilib

Ötən il Qazax rayonu üzrə 21622,1 hektar sahədə kənd təsərrüfatı məhsulları becərilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onun 19804 hektarı birillik əkinlər və çoxillik yem bitkiləri, 1539,1 hektarı meyvə bağları, 279 hektarı isə üzüm bağları olub.

Keçən ilin payızında 2020-ci ilin məhsulu üçün 11392 hektar sahəyə taxıl səpilib. Onun 6916 hektarı buğda, 4476 hektarı isə arpadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir