Qazaxıstan Azərbaycanla gəmi daşımalarını müvəqqəti dayandırır

Qazaxıstan Azərbaycan və İranla gəmi daşımalarını müvəqqəti dayandırır.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi martın 5-dən etibarən Azərbaycan və İran istiqamətindən gələn gəmilərin, o cümlədən şərnişindaşıma həyata keçirən nəqliyyat vasitələrinin Aktau və Kurık limanlarına xidmətini müvəqqəti dayandırır

Xarici yük gəmilərinin heyətini üçün Aktau və Kurık limanlarında çıxışa məhdudiyyət qoyulur, həmçinin Qazaxıstan gəmilərinin beynəlxalq daşımaları həyata keçirən heyət üzvlərinə sanitariya-epidemioloji xidmətlər tərəfindən nəzarət artırılacaq.

Xatırladaq ki, Qazaxıstan martın 5-dən Nur–Sultan-Bakı aviareysini dayandırır, Almatı–Bakı, Aktau–Bakı aviareyslərə isə məhdududiyyətlər qoyulub. //AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir