Qo üzrə dünya çempionatı Rusiyada keçiriləcək

Qo oyunu üzrə 41-ci dünya çempionatı tarixdə ilk dəfə Çin, Koreya və Yaponiyadan kənarda təşkil olunacaq.

Rg.ru xəbər verir ki, bu dəfə çempionat 2021-ci il iyunun 2-dən 9-dək Rusiyanın Vladivostok şəhərində baş tutacaq.

Bu qərarı Beynəlxalq Qo Federasiyası qəbul edib.

Rusiya millisi Avropada qo üzrə liderdir, son 20 ildə 15 dəfə çempion olub. Bu gün qonşu ölkənin, demək olar ki, hər bölgəsində qo klubları fəaliyyət göstərir. Bu oyun Rusiyada SSRİ dövründən bəri populyardır.

Qeyd olunur ki, çempionatda 77 ölkənin nümayəndələri iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir