Qobu sakinindən qumbara götürüldü

Qobu qəsəbə sakini S.Salmanovun evindən “F-1” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Salmanovun evindən “F-1” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir