Qoyun öldü, quzu “ana” deyə mələməyə başladı

Qoyun öldü, quzu “ana” deyə mələməyə başladı – Video
Türkiyənin Balıkesir şəhərində hamını təəccübləndirəcək olay yaşanır. İki əkiz quzu doğan qoyun tələf olub. Heyvanın ölümündən sonra quzulardan biri “anne” (ana) deyə mələməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, təsərrüfatın sahibi İsmail Can özünün də şokda olduğunu bildirib. Quzuları videoya çəkən İşıqlar kənd sakini ilk dəfə belə halla qarşılaşdığını söyləyib.
Qoyun quzuları doğandan bir həftə sonra həyatını itirib. Bu müddətdə sürüyə qoşulmur, tövlədən çıxmırmış. Günlərin birində İsmail qoyunun öldüyünü görüb. Həmin gündən quzulardan biri “anne” deyə mələməyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir