“Qumbara” Tərlan: “Anama mənim ölüm xəbərimi çatdırmışdılar” – FOTO/VİDEO

 

Azərbaycan ordusunun əsgəri Tərlan Həsənovu dövrümüzün qəhrəmanı adlandırmaq olar. O bir an belə düşünmədən piyada əleyhinə olan F1 qumbarasının üstünə atılaraq hərbçi yoldaşlarının həyatını xilas edib.

Caliber.az Tərlanı Şəkidə taparaq onunla həmsöhbət olub. O, müsahibəsində qumbaranın partlaması nəticəsində iki gün şok vəziyyətində qalmasından, hətta bu müddət ərzində anasına onun ölüm xəbərinin çatdırılmasından danışıb.

– Orduya çağırılmağınız haqqında danışın.

– İkinci Qarabağ müharibəsi mənim ordudan təxris olunmağıma dörd gün qalmış başladı. Xidmət müddətim bir il idi, çünki Azərbaycan Texniki Universitetini bitirəndən sonra orduya çağırılmışdım.

– Müharibənin başlamasına reaksiyanız necə oldu?

– Təkcə mən yox, əsgər yoldaşlarım da bu xəbəri layiqincə, ürəkdən qəbul etdi. Hər birimiz elə həmin an ön cəbhəyə yollanıb Vətən uğrunda döyüşməyə hazır idik. Ona görə də biz müharibənin başlaması xəbəri bizi təəccübləndirmədi və biz döyüşə ruh yüksəkliyi ilə yollandıq.

Müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir