Qusarda qadın və kişi itkin düşdü

Qusar rayonunda iki şəxs itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Lanqi kənd sakini, 53 yaşlı Bəşirova Lalə Ağamirzə qızı 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirovanın əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur.

L.Bəşirova psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.

İtkin düşən digər şəxs – Qusar rayonunun Caqar kənd sakini, 62 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu sonuncu dəfə 2019-cu ilin iyun ayının 17-da Qusar rayon Mərkəzi Xəstəxanasının həyətində olub və bundan sonra naməlum istiqamətə gedərək itkin düşüb.

N.Ərzimanovun əlamətləri belədir: Boyu 163 sm., uzunsov sifətli, gözlərinin rəngi qonur, orta bədən quruluşludur. Hər iki qolları əyridir, sol çiyninin qabaq tərəfində dəri yarası və çapıq yeri var.

N.Ərzimanov psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.

İtkin düşən zaman onun əynində göy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.

Şəkillərdə gördüyünüz hər iki şəxsi tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir