Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.
Həmçinin sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.
Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir