“Rıjiy Tofiq” Bakıda silahla tutuldu – FOTO

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.

Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş “Rıjiy Tofiq” adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, bir ədəd həmin silaha məxsus daraq, beş ədəd patron və bir büküm ümumi çəkisi 0,529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir