Rusiyada faşistlərlə əlbir olan Njdenin abidəsi təhqir edildi

Rusiyanın Armavir şəhərində faşistlərlə əlbir olan erməni mənşəli Qaregin Ter-Arutyunyanın (Njde) xatirə lövhəsi təhqir edilib.

Məlumata görə, “erməni-rus cəmiyyəti” üzvləri lövhəni sökəcəklərini vəd etsələr də, sözlərinə sadiq qalmayıblar.

Noyabrın 11-də sökmə ilə bağlı verilmiş iki həftəlik müddət bitib.

Buna etiraz olaraq, Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhəni qara boya ilə rəngləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda keçirilən MDB liderlərinin sammitindəki çıxışı zamanı Ermənistanın faşistləri qəhrəmanlaşdırdığını və əvvəlki hökumət tərəfindən Yerevanın mərkəzində faşistlərlə əlbir olan Qaregin Ter-Arutyunyana abidə qoyulduğunu bildirib.

Prezident Rusiya Xarici İşlər Nazirliyinin may ayında çıxan “Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət” adlı hesabatından da sitat gətirib:

“Xüsusilə bu hesabatda deyilir ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addım atdı. Burada Üçüncü Reyxlə əməkdaşlıq haqqında məlumat var. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir