Rusiyada Milli Qəhrəman Mübariz İbrahimovu yad etdilər

Rusiyanın Tula vilayətində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb.

Sonxeber.az-ın məlumatına görə, fevralın 7-də Rusiya azərbaycanlıları İttifaqı (RAİ) və Ümumdünya Azərbaycan Mədəniyyəti Fondunun (ÜAMF) prezidenti Fizuli Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya regionlarına səfər proqramı çərçivəsində Tula vilayətindəki “Mübariz” döyüşçü-idman klubunu ziyarət edib.

Görüş zamanı Fizuli Məmmədov klubun aylıq icarə haqqını öhdəsinə götürməklə bərabər, “Mübariz” klubu üçün ayırdığı maddi vəsait sertifikatını məşqçi Xalid Rzayevə təqdim edib. “Cəsarət simvolu olan Mübarizin adını daşımağın məsuliyyəti ikiqatdır”, deyən diaspor rəhbəri, əlavə edib ki, Mübarizçilərin qələbəsi naminə hər cür dəstəyə hazırdır.

Daha sonra RAİ nin nümayəndə heyəti və yerli diaspor üzvləri Tuladakı “Döyüş qardaşlığı” abidəsini ziyarət edib, Vətən uğrunda həlak olan rusiyalılarla bərabər Mübariz İbrahimovun da xatirəsini anıblar.

Diaspor rəhbəri Fizuli Məmmədovun Tula vilayətində yaşayan həmyerlilərimizlə görüşü zamanı da Mübariz İbrahimovun qəhrəmanlığı haqda danışılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir