Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir

“ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir”.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azəbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov ilə Nazirlər Kabinetində keçirilən görüşdə deyib.

Səfir bildirib ki, Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir.

O bildirib ki, bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir