Şəhərin mərkəzi hissələrində qaz olmayacaq

Avqustun 28-də saat 08:00-dan Bakının Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi və Heydər Əliyev prospektlərində, Nəsimi, Yasamal və  Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Həmçinin qeyd edilib ki, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir