Səhiyyə işçiləri ilə bağlı MÜHÜM QƏRAR: gələn ildən…

Çin hökuməti səhiyyə işçilərinə qarşı tətbiq edilən zorakılığın qarşısını almaq üçün 2020-ci ildə yeni qanun qəbul edəcək.

Kelbecertv.com  xəbər verir ki, qanun sayəsində heç bir təşkilat və ya fərd xəstəxanada çalışan səhiyyə işçisinə qarşı təhdid, təhqir və ya fiziki zorakılıq tətbiq edə bilməyəcək.

Səhiyyə işçilərini müdafiə edən bu qanunun 1 iyun 2020-ci il tarixində qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, Çinin paytaxtı Pekində tibb bacısının bıçaqlanmasından sonra hökumət belə bir qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir