Sahibkalıq fəaliyyəti Əvəz Atakişiyevi yeni uğurlara qovuşdurur

Tarixən xalqımız özünün igid, əliaçıq, qeyrətli, zəhmətsevər, xalqına bağlı olan, dövlətini sevən övladlarının adları ilə hər zaman fəxr edib, hətta onların adlarını gələcək nəsillərə əmanət də qoyub gediblər. Bəli, tarixdə elə bir dövlətimiz olmayıb ki, həmin dövlətin varlığı dövründə adı tarixə yazılan və xalqı tərəfindən sevilən, atdığı hər addımı rəğbət hissi ilə qarşılanan oğul və qızları olmasın. Bu belə belə olub, inşallah bundan sonra da belə olacaq. Bəli, bütün xalqlarda olduğu kimi, bizim xalqın da oğul və qızların özünəməxsus fərdi keyfiyyəti, nümunəvi əxlaqi xüsusiyyətləri, bacarıqlı iş qabiliyyətləri və s. var ki, bu da onların yüksək ad daşıyıcı olmalarını sübuta edən halların varlığıdır. Belə övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar daha yaxşılar sırasında öz şəxsi keyfiyyətləri və cəmiyyətdə qazandıqları mövqelərə görə seçilənlənlər olublar. Bəli, xalqımız bu cür əməl sahibi olan övladlarının adları ilə hər zaman fəxr edib, hər zaman qürur hissi də keçirib.

Haqqında söhbət açğımız Vətən oğullarından biri də, 22 mart 1971-ci ildə Ağdam rayonu, Əlmədətli sovetliyinin Kürdlər kəndində anadan olmuş və hal-hazırda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Atakişiyev Əvəz Məcid oğludur. Adı çəkilən bu şəxsin həyat və fəaliyyəti haqda müəyyən məlumatları əldə etdikdə o da bəlli olur ki, Əvəz Atakişiyev hələ azyaşlı vaxtlarında ikən halal zəhmətə alışır və öz bacarığı ilə həmyaşıdlarından da fərqlənir. Onun belə bir göstəriciləri özündə cəmləşdirməsi, atdığı hər addımında hallalığı sevməsi, məhz adı çəkilən bu şəxsin gələcək karyerasına çox böyük təsir edr. İllər keçdikcə isə o, atdığı addımları sayəsində ortaya əsl vətəndaş mövqeyi qoymağı bacaran şəxslərdən birinə çevrilir. Bəli, bu gün Əvəz Atakişiyev doğulub boya-başa çatdığı bölgədə nüfuz sahibi olan sahibkar kimi tanınır. Çünki yuxarıda qeyd etdiyimiz kimi o, hələ azyaşlı vaxtlarında ikən alıntəri ilə zəhmətə alışan, halal yollarla çörək qazanmağa çalışan şəxs olur.

Bir faktı da qeyd edək ki, bu gün ölkəmizdə sosial-iqtisadi vəziyyətin göstəriciləri sürətlə artır və belə bir səbəblər üzündən də, kiçik və böyük sahibkarlığın inkişaf etdirilməsi əsas prioritet məsələlərdən biri olaraq qarşımızda durur. O halın varlığını da unutmayaq ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əslində əhalinin sosial-rifah halının yaxşılasmasına və yeni-yeni iş yerlərinin açılmasına səbəb olmaqdadır. O da hər kəsə bəllidir ki, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar proqramı günü-gündən geniş vüsət alır və bunun nəticəsi olaraq, ölkəmizin sosial-iqtisadi inkişaf sahəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Yeni mərhələnin əsas hədəfi isə, iqtisadi səmərəlilik, sosial ədalətlilik və ekoloji təhlükəsizlik prinsiplərini rəhbər tutmaq, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəltmək və ən əsası əldə olunan dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bundan əlavə, bu sahədə biznes mühitinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların idarəetmə təcrübəsinə cəlb olunması və belə bir yollarla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsullar istehsal etmək və s. məhz iqtisadi inkişaf strategiyamızın əsas prioritetlərini müəyyən edir.

Bu gün sahibkarlığın inkişaf etdirilməsi məqsədilə dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, məhz bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına səbəb olmaqdadır. Hər kəs o halın varlığını təsdiq edə bilər ki, hazırda Azərbaycan Respublikasında dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar da atılmışdır. Bundan əlavə, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların qanuni fəaliyyətinə edilən müdaxilələrin sayı azaldılmış, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər də həyata keçirilmişdir. Hal-hazırda sahibkarlara dövlətin maliyyə köməkliyinin göstərilməsi mexanizmi yaradılmış və belə bir halın varlığı kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsində əsas rol oynayır. Atılan belə bir addımların nəticəsi olaraq, bu gün iş adamlarında özünəinam hissi artmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamalarına təkan verilmişdir. Artıq ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektləri, ötən illərə nisbətən bu gün sosial təşəbbüslərə daha fəal qoşulmaqda davam edirlər.

Bəli, atılan hər belə bir addımların əsasında birbaşa xalqın, dövlətin mənafeyi düşünülür ki, bu da gələcəyimizin təminatı yöndə atılmış addım deməkdir. Əldə etdiyimiz məlumatlara görə, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahat proqramlarından ruhlanan və özünəinam hissi yaradan sahibkarlardan biri də Əvəz Atakişiyevdir ki, o, 2015-ci ildən yanacaqdoldurma məntəqəsinə rəhbərlik edir. Adı çəkilən şəxsin sahibi olduğu yanacaqdoldurma məntəqəsində bu gün 8 nəfər işlə təmin olunub ki, onların hər biri aylıq 250-300 manat əməkhaqqı alırlar. Əvəz müəllim əslən Ağdam rayonundan olduğundan, onunla söhbət edərkən düşüncəsində və danışığında torpaq həsrətinin nisgilini duymamaq olmur. Çünki, əldə etdiyimiz bəzi məlumatlara və ümumi müşahidələrimizə görə, bu şəxsi narahat edən yalnız bir məsələ var ki, o da itirilmiş torpaqlarımızın nə vaxt geri qaytarılmasıdır. Ümumi söhbətimiz zamanı Əvəz Atakişiyev cənab Prezidentin uğurlu siyasətini dilə gətirib, həmin günün heç də uzaqda olmadığını bildirdi və biz də onda bu yöndə böyük inam hissinin formalaşdığı qənaətinə gəldik.

Bəli, Əvəz müəllim öz elinə-torpağına bağlı olan, xalqını sevən, yürüdülən müdrik siyasəti dəstəkləyən vətənpərvər ziyalılardan biridir. Bu şəxs hər addımında xalqın və dövlətin mənafeyini düşünür, əhatəsində olan hər kəsə müdrik məsləhətlərini çatdırır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və bu gün də uğurla həyata keçirilən daxili və xarici siyasətin mahiyyətini alqışlayan Əvəz Atakişiyev, bir sahibkar olaraq hər bir ağdamlının, bir sözlə bölgə sakinlərinin rəğbətini qazanıb. Atdığı addımların nəticəsidir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsə qarşı inam hissi günü-gündən artır. Əvəz müəllim illər öncədən YAP-ın üzvüdür və bu gün o, dövlətimizin sahibkarlara yaratdığı şəraitdən, göstərdiyi dəstəkdən, gündəlik artan inam hissindən danışıb, məhz gələcəyə ümidlə baxdığını bildirir.

Asmedia İnformasiya Birliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir