Samir Şərifov Jak Şirakla vida mərasiminə qatılıb

Azərbaycanın Maliyyə naziri Samir Şərifov Fransanın sabiq prezidenti Jak Şirakın vida mərasimində iştirak etmək üçün Parisə gedib.

Sabiq prezident Jak Şirakla vida mərasimi Parisdəki Sent-Sulpis kilsəsində keçirilir.

Vida mərasiminə bir sıra ölkələrdən nümayəndə heyətləri qatılıb.

J. Şirak Parisdə Monparnas qəbiristanlığında böyük qızı Laurensin yanında dəfn ediləcək.

Qeyd edək ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında Parisdə vəfat edib. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir