Saxtakarlıqla yüksək vəzifə tutdu – Ağ Ev şokda

ABŞ Dövlət Departamentinin Konflikt və Təhlükəsizlik Əməliyyatları bürosu rəhbərinin müavini Mina Çanqın avtobioqrafiyasında (CV) saxtakarlığa yer verdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Mina Çanq hətta “Taym” jurnalının üz qabığında fotosunun belə dərc olunduğunu iddia edib.

Jurnal rəhbərliyi isə gənc qadının bu iddiasını təkzib edib.

Araşdırmadan sonra Dövlət Departamentində yüksək vəzifə tutan qadının quruma təqdim etdiyi avtobioqrafiyasının saxta olduğu üzə çıxıb.

O, rəsmi avtobioqrafiyasında Harvard Universitetinin məzunu olduğunu qeyd edib. Ali məktəb rəhbərliyi isə Çanqın 2016-cı ildə məktəbdə 7 həftəlik kursa qatıldığı, amma diplom ala bilmədiyini açıqlayıb.

 

Vaşinqtonda bomba effekti yaradan Çanqın bu qədər yalanla ABŞ Dövlət Departamentində yüksək vəzifə tutması sosial şəbəkədə kəskin etirazlarla səbəb olub. Məsələ ilə əlaqədar araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir