Seçkilərlə əlaqədar pul söhbətinə yaxın günlərdə “nöqtə” qoyulacaq

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə hesabatlar yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Kelbecertv.com   məlumatına görə, bu, Seçki Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir.

Məntəqə seçki komissiyaları səsvermə günündən sonra 5 gün müddətində – fevralın 15-dək maliyyə hesabatını MSK-ya verməlidir.

Dairə seçki komissiyaları isə səsvermə günündən sonra 10 gün müddətində – fevralın 20-dək maliyyə hesabatlarını təqdim etməlidir.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. MSK dairələr üzrə lider namizədlərin adlarını açıqlayıb. Bu, ilkin rəsmi açıqlamadır.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir