SHXÇDX Kəlbəcər rayon bölməsinin rəisi  Mustafayev Rahim Bayraməli oğlu əsl vətəndaşdır – foto

Əslində, vətənpərvərlik bir dərs, bir fəlsəfədir. Bu dərsin, bu fəlsəfənin kökündə Vətən deyilən yurda sevgi, ona bağlılıq, onun yolunda hər cür fədakarlığa hazır olmaq kimi cəsurluq, qəhrəmanlıq dayanır. Vətənpərvərlik, həm də nümunədir…

Ulu öndər Heydər Əliyev gənclərə: “Ordu həyat məktəbidir. Bu məktəbi keçənlər hər bir çətinliyə qalib gəlir”, valideynlərə: “Övladlarınızı hərbi xidmətə göndərin”, xalqa isə “Ordunu sevin, ona hörmət edin” deyirdi. Bu, Onun Azərbaycan sevgisi, əsl vətənpərvərliyi idi. Və bu nümunənin təsiridir ki, indi onun adını daşıyan nəvəsi Heydər İlham oğlu Əliyev minlərlə Azərbaycan əsgərinin sırasında Silahlı Qüvvələrdə xidmət edir. Prezident oğlu əsgərlərin cərgəsində! Bundan böyük vətənpərvərlik nümunəsi varmı?

Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə Ordu quruculuğuna xüsusi diqqət göstərdi, hələ sovet dövründə “Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun!” deyə böyük cəsarət və çətinliklə C.Naxçıvanski adına hərbi məktəbi yaratdı. Arzusuna çatdı. Təməlini qoyduğu Ordu Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə indi regionun ən güclü Ordusuna çevrilib. 2003-cü ildən Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün atılan addımlar Ordumuzun gücünə əlavə güc qatır. Peşəkar ordusu olan xalqın müstəqilliyi isə əbədidir. Bu Ordunu fərqləndirən əsas cəhət zabit və əsgərlərin yüksək səviyyəli döyüş hazırlığı və qələbə əzmidir. Mübarizləri, Əhmədləri, Raqubları, Çingizləri… xatırlayaq. Hər birinin qəhrəmanlığı bir vətənpərvərlik nümunəsidir. Bəli, Ordumuz döyüşə yüksək hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olub.

Ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması ilə də gündəmə gəldi. Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin tabeliyində olan Respublika Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı.

Bu gün ölkəmizdə müharibə şəraitinin hökm sürdüyü bir dönəmdə Kəlbəcər Rayon Hərbi Komissarlığının rəisi  Mustafayev Rahim Bayraməli oğlu işinin öhdəsindən bir vətəndaş kimi layiqincə gəlir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Kəlbəcər rayon bölməsinin təşkilatçılığı,  rayon icra hakimiyyətinin, gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən həqiqi hərbi xidmətə yola salınan əsgərlərin yola salınma mərasimi keçirilir.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunubr və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir.

SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin rəisi, polkovnik-leytenant Rahim Mustafayev həqiqi hərbi xidmətə yola düşən hər bir əsgərə gələcəkdə uğurlar arzulayır.

Rahim Mustafayev əsgərlərlə öz oğlu, övladı kimi davranmasıyla çox valideynlərin rəğbətini qazanıb.

Bu məqamda Məmməd Arazın iki misrası məhz Rahim müəllimin əsl vətənpərvər simasının açıqlamış olur sanki:

Vətən daşı olmayandan,

Olmaz ölkə vətəndaşı.

Bəli, sözün əsl mənasında Azərbaycan ölkəsinin vətəndaşı adını qürurla daşıyan və bu günkü fəaliyyəti ilə çoxlarına örnək olan Rahim müəllimə can sağlığı diləyirik!

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir