Sığorta bazarında nə dəyişəcək? – Strategiya açıqlandı

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı üç illik strategiya təsdiqlənib.

ASA-dan  verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Səkkiz strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və s. kimi istiqamətlər yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir