Slovakiyalı məşqçi: Azərbaycan futbolçuları göstərdi ki, favoritlərə başağrısı ola bilərlər

Əgər biz Xorvatiya ilə oyunda yaxşı nəticə qazansaq, Azərbaycanla matç da əla keçəcək. Məncə, futbolçular səbirsizliklə Azərbaycanla oyunu gözləyəcək və növbəti matçda oynamaq istəyəcəklər.

Bunu Sport.sk saytına müsahibəsində slovakiyalı məşqçi Martin Şevela deyib.

Hazırda Polşanın “Zaqvembye” klubunu çalışdıran 43 yaşlı çalışdırıcı düşünür ki, noyabrın 16-da Xorvatiya ilə görüşdə əldə olunan yaxşı nəticə bundan üç gün sonra keçiriləcək Azərbaycanla oyuna öz təsirini göstərəcək:

“Xorvatiya ilə oyunda yaxşı nəticə olacağı halda, vacibdir ki, təmkinli olaq. Baxmayaraq ki, Azərbaycan qrupun autsayderi sayılır, onların yerində biz əla nəticəyə (5:1) nail olmuşduq, amma onların futbolçuları göstərdi ki, favoritlərə başağrısı ola bilərlər. Biz ağılla oynamalıyıq.

Hesab edirəm ki, komandamız hər iki matçda qalib gələ bilər. Vacib detallar o olacaq ki, futbolçular həlledici anlarda şanslardan necə yararlanacaq. Hər iki matçda biz arxa xətdə diqqətli və irəlidə cəsarətli olmalıyıq”.

Qeyd edək ki, millimizdən fərqli olaraq, Slovakiya millisi seçmə qrupda üçüncü yerdə olmaqla dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-yə çıxmaq şansını saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir