SOCAR-dan təkzib: Türkiyənin media qrupunda pay sahibi olmaq planımız yoxdur

Türkiyə KİV-lərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin “Demirören” media qrupunda pay sahibi olmaq niyyəti barədə məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar SOCAR-dan Trend-ə bildiriblər ki, sözügedən media qrupunda pay sahibi olmaq kimi bir plan mövcud deyil.

Qeyd edək ki, Türkiyə KİV-ləri SOCAR-ın “Demirören” media qrupunda pay əldə etmək fikrində olduğunu yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir