“Subaru” ikinci ən böyük zavodunda istehsalı dayandırır

Yapon avtomobil istehsalçısı “Subaru” yarımkeçirici çatışmazlığı səbəbindən zavodların birində avtomobillərin istehsalını müvəqqəti dayandırır.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, söhbət Yaponiyanın Qunma prefekturasında yerləşən və “Subaru”nun ikinci ən böyük müəssisəsindən gedir.

Qeyd olunur ki, zavodda istehsal 10-27 aprel tarixlərində dayandırılacaq.

Proqnozlara görə, zavodun fəaliyyətini dayandırması  səbəbindən aprel ayında istehsal 10 min vahid azalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir