Sumqayıt sakini Kürdəmirdə qəza törətdi – Ölən və yaralanan var

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, fevralın 7-də saat 10 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Sumqayıt şəhər sakini Aslan Nəsirov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, bir nəfər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir