Suraxanıda beş nəfərin yaralanması ilə nəticələnən qəza olub – FOTO/VİDEO

Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.

Kelbecertv.com  xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində “Opel”in sürücüsü İntiqam Məmmədov, “Tofaş”ın sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları aparılan avtotexniki ekspertizanın sonunda bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir