Tərtərdə bu günədək 7679 hektar sahəyə taxıl səpilib

Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək rayon üzrə 12 min 205 hektarda şum qaldırılıb, 7679 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Payızlıq əkinlərin 4270,4 hektarı buğda, 3252,6 hektarı dən üçün arpa, 156 hektarı yaşıl yem üçün xəsil arpadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir