Tayvanda dəhşətli qatar qəzası – VİDEO

 

Tayvanın şərqində sərnişin qatarının qəzaya uğraması nəticəsində 40 nəfər ölüb, 61 nəfər xəsarət alıb.

TASS agentliyi xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Taroko Express” adlı qatar Xuayalyan əyalətində dağ tunelinin girişində relsdən çıxıb.

Səkkiz vaqondan ibarət qatarda 350 sərnişin olub.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Ölü sayının artacağı istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir