Ticarət palatasının rəhbəri: “Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır”

Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Xayber-Pahtunva əyaləti Ticarət-Sənaye Palatasının rəhbəri Feyzi Məhəmməd deyib.

O qeyd edib ki, Pakistan əsasən investisiya və turizm sahələrində Azərbaycanla əməkdaşlığın genişlənməsinə ümid edir:

“Bakıya Pakistan biznesinin 150 nümayəndəsindən ibarət heyət gəlib. Biz istehsal, ticarət və energetika sahələrində azərbaycanlı tərəfdaşlarımızla görüşlər keçirməyi planlaşdırırıq. Bizim üçün prioritet investisiya və turizm sahələrində əməkdaşlığın genişlənməsidir, çünki bu sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial mövcuddur və bundan istifadə etmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir