Tovuz rayonunun atəşə tutulduğu  “erməni” kəndində aşıq oxuyur…- FOTO-FAKT

“Vaxtilə erməni axçilərinə aşiq olmasaydıq, aşığımızı da, ağlımızı da oğurlaya bilməzdilər…”
İyulun əvvəlində Ermənistan-Azərbaycan sərhəddindəki gərginlik zamanı Milli Ordumuzun mövqelərinin  və kəndlərimizdəki dinc sakinlərin atəşə tutulduğu əsas erməni mövqelərindən biri də Tavus rayonunun Movses(yaxud Muses) kəndində yerləşir.
Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində XX əsrin əvvəllərində(çox güman ki, artıq sovetləşmə dövründə) məhz həmin Movses kəndində  sakinlərin səyyar aşığın musiqisinə qulaq asmasını təsvir edən foto yayılıb.
Ermənilər özləri öz məlumat və ifadələri ilə sübut edir ki, hazırda “Ermənistan” adlanan Qərbi Azərbaycanın  digər yaşayış məntəqələri kimi, Movses də qədimlərdən bəri Azərbaycan türklərinin  məskəni olub.
Ermənilər  nə vaxtdan aşıq sənətini sevib “aşıq” olublar? Özlərinə məxsus belə bir sənət olsaydı, onu çoxdan “aşıq” yox, başqa cür adlandırardılar…
Həmçinin onu da qeyd etmək lazımdır ki, Tovuz rayonunun Əlibəyli kəndi ilə həmsərhəd olan Movses kəndinin hazırda inzibati cəhətdən daxil olduğu Tavuş mərzi də 1965-ci ilədək  ərazidəki Tavus qalanın adından götürülməklə “Tavus” adlandırılmışdır. Bəhs edilən qalanı əraziyə eramızın 3-cü əsrində köç edən hunlar  tikmişlər. Qala qədim türkcədən  tərcümədə dağ üstündə qala mənasını verir “Tau ust qala” (Tukustak-Taukustka-Tauustkala)… Ərazi sovet dövrünədək indiki Tovuz rayonu da daxil olmaqla Qazax mahalına aid olub.  Sonradan yanlış olaraq Tovuz quşu adının təsiri ilə indiki rayonumuz da Tovuz adlandırılmışdır.
Təəssüf ki, araşdırmamız Movses kəndinin  tarixi, əsl Azərbaycan, türk adını tapa bilmədik. Yəqin ki, tarixçi, etnoqraf və s. alimlərimiz bu mövzuda bizə kömək edəcəklər.
P.S. Nə yazıqlar ki, Azərbaycan kişiləri keçmişlərdən erməni qızlarına, axçilərinə aşiq olduqlarından yağılar yavaş-yavaş aşığımızı da, qaşığımızı da, ağlımızı da oğurlayıblar… 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir