Universitetdən bildiriblər ki, qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan ATMU, vətəndaşları, o cümlədən universitetin çoxsaylı müəllim və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.