Türkiyə MN: “Ermənistan ordusu hər gün yeni bir insanlıq cinayəti törətməkdədir” – YENİLƏNİB + VİDEO

Türkiyənin Müdafiə Nazirliyinin rəsmi rəsmi “Twitter” hesabında Gəncəyə erməni hücumu ilə bağlı yeni paylaşım edilib.

Paylaşımda deyilir:
“Ermənistan ordusu çarəsizlik içindədir və hər gün yeni bir insanlıq cinayəti törətməkdədir. Bu qətliamlara rəğmən, susanlar da tarixin ləkəli səhifələrində yer alacaqdır. Şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfa diləyirik”.
11:27
Türkiyənin Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, yenidən Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Cəbhə xəttində qəhrəman Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaqcasına Gəncədə mülki yaşayış yerlərini raketlə vurdu. Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir