Türkiyə TANAP layihəsi ilə bağlı tədbirə hazırlaşır

Azərbaycan qazını Türkiyə və Avropaya daşıyacaq TANAP qaz boru kəməri layihəsinin “Şahdəniz-2” mərhələsi başa çatıb.

“HaberTürk”ün məlumatına görə, bununla bağlı Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz danışıb.

O bildirib ki, kəmərin ikinci fazası da sınaqdan keçirilib.

Nazir qeyd edib ki, bu səbəbdən noyabrın 30-da Ədirnə əyalətinin İpsala rayonunda mərasim keçirilməsi planlaşdırılır:

“Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla yanaşı, yerli və xarici nüfuzlu simaların iştirak edəcəyi gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir